Gədəbəy və Qazaxda ölümlə nəticələnən yol qəzaları olub
Gədəbəydə Rusiya vətəndaşı Məhəmməd Abbasov etibarnamə ilə idarə etdiyi avtomobillə yolu keçmək istəyən 11 yaşlı İsmayılzadə Yusif Şaiq oğlunu vurub. Uşağın həyatını xilas etmək mümkün olmayıb.
Qazaxın Xanlıqlar kəndində isə avtomobil velosipedçi 1988-ci il təvəllüdlü Rəşad Əmrahovu vuraraq öldürüb.
Salyanda iki avtomobilin toqquşması nəticəsində bir ailənin üç üzvü, Neftçala sakinləri Şahzadə və Fatimə Göyçayevalar, Abuzər Göyçayev, eləcə də Bakı sakini Rəşad Babayev xəsarət alıblar.
Vüsalə Cənnətova