Gədəbəy və Daşkəsənə qar yağıb
Güclü külək Mingəçevirdə iri ağacları aşırıb. Nəhəng ağac piyadaların hərəkət etdiyi hissəyə düşüb. Təbiət hadisəsi zamanı xəsarət alan olmasada, bir neçə ağacın iri budaqları sınaraq zərər görüb. Gədəbəy və Daşkəsənə isə qar yağıb. Dünən axşam saatlarından ucqar kəndlərə qar yağmağa başlayıb. Bölgədə qeyri-sabit hava şəraiti davam edir.