Gürcüstanın nümayəndə heyəti XTQ və HDQ-nin hərbi hissələrində olublar
Ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələrin və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrini ziyarət edib. Hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə praktiki tanış olub, dəniz xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyiblər. Qonaqlara dəniz piyadalarının və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri təqdim edilib.
Nərgiz Camalzadə