Gürcüstanda 5,4 maqnitudalı zəlzələ olub
Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub. Bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi bildirib. Qeyd olunub ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat verilməyib.
Azad Mustafayev