Güləşçimiz Avropa Olimpiya Təsnifat turnirində mübarizəni dayandırdı
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəni dayandırıb. 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Almaniya təmsilçisi Lukas Aleksandros Lazoqianisə məğlub olub - 5:7. 1/8 finalda Beka Kandelaki 130 kq-da və Nihat Məmmədli 60 kq-da qələbə qazanıblar, İslam Abbasov isə 87 kq-da məğlub olub. Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.
Fərid Mehdiyev