Güləşçilərimiz İspaniyada keçiriləcək U-20 dünya çempionatına qatılacaqlar
Azərbaycan güləşçiləri İspaniyada keçiriləcək U-20 dünya çempionatında iştirak edəcəklər. 700-ə yaxın idmançının mübarizə aparacağı yarışın ilk günlərində ölkəmizi 10 yunan-Roma güləşçisi təmsil edəcək. Ardından qadın güləşçilərimizdən 5 nəfər xalçaya çıxacaq. Yarışın sonlarında estafet sərbəst güləşçilərə keçəcək. Dünya çempionatı sentyabrın 2-dən 8-dək olacaq.
Vüsalə Cənnətova