Güləşçilərimiz erməni rəqiblərinə qalib gəliblər
Güləşçilərimiz Serbiyada keçirilən 17 yaşlıların Avropa çempionatında mübarizəyə başlayıblar. Yunan, erməni və isveçli rəqiblərinə aman verməyən Əmrah Əmrahov bu gün finalda rusiyalı idmançı ilə qarşılaşacaq.
Əli Nəzərov da startda ermənistanlı və serbiyalı idmançılara qalib gəlib. Finalın bir addımlığında bolqarıstanlı rəqibinə məğlub olan güləşçi bu gün bürünc medal uğrunda mübarizə aparacaq.
Vüsalə Cənnətova