Güləşçilərimiz beynəlxalq turnirdə bir gümüş, bir bürünc medal qazanıblar
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turniri davam edir. Ənənəvi yarışda ilk medalçılarımız müəyyənləşib. Azərbaycanın sərbəst güləşçisi İntiqam Vəlizadə həlledici görüşdə türkiyəli Recep Topala məğlub olaraq gümüş medal qazanıb. İbrahim Yusubov bürünc medal uğrunda görüşdə moldovalı rəqibi üzərində inamlı qələbə qazanaraq Azərbaycanın hesabına 2-ci medalı yazdırıb. Bu gün daha 6 idmançımız da mübarizəyə qoşulacaq. Turnirə martın 5-də yekun vurulacaq.
Vüsalə Cənnətova