Güclü külək Tovuzun bir neçə kəndini işıqsız qoyub
Tovuzda güclü külək bir sıra fəsadlar törədib. Bir neçə kənddə elektrik dirəklərini aşırıb, xətlər qırılıb. Nəticədə rayonun Yuxarı Öysüzlü, Əlibəyli, Mülkülü və Hacallı kəndlərinə elektrik enerjisinin verilişi dayanıb.