Güclü külək Gəncədə fəsadlar törədib
Qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti Gəncədə fəsadlara yol açıb. Şəhərin müxtəlif küçə və prospektlərində 30-a yaxın irigövdəli ağac aşıb. Nəticədə bir fərdi yaşayış evinə və bir avtomobilə ziyan dəyib. Külək bir neçə fərdi yaşayış evinin dam örtüyünü uçurub. Bir sıra ərazilərdə ağaclar elektrik naqillərini, qaz borularını zədələyib. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Fərid Mehdiyev