Güclü külək dəmir yolunun elektrik təchizatında fasiləyə səbəb olub
Güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr qatarların hərəkət qrafikindən çıxmasına səbəb olub. "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması baxımından bəzi sahələrdə sürət həddinin endirilməsi ilə bağlı maşinistlərə təlimat verilib.
Vüsalə Cənnətova