Güclü külək ciddi fəsadlar yaradıb, ölən və xəsarət alanlar var
Dünən Gəncədə güclü külək bir neçə evin dam örtüyünü dağıdıb. 30-a yaxın ağac aşıb.
Qazax, Daşkəsən, Şəmkir, Goranboy, Yevlax, Tərtər, Ağcabədidə də anoloji hal yaşanıb.
Göygölün Çaylı kəndində üzərinə dam örtüyü aşan 2 nəfər xəsarət alıb.
Ağacların aşması Mingəçevirdə 1 nəfərin ölümünə, 2-i azyaşlı olmaqla 5 nəfərin xəstəxanalıq olmasına, Ağstafada isə 3 nəfərin xəsarət almasına səbəb olub.
Gədəbəyin bəzi kəndlərinə düşən dolu təsərrüfatlara zərər vurub. Bu gün və sabah da bəzi bölgələrdə külək əsəcəyi və arabir güclənəcəyi gözlənilir.
Vüsalə Cənnətova