Güclü külək Bakı və Zaqatalada fəsadlara yol açıb, xəsarət alanlar var
Güclü külək Bakıda 27 ağacı sındırıb. Hava şəraiti ilə əlaqədar Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub. Xəsarət alan 3 nəfər tibb müəssisələrinə təxliyə olunub. Qadın zəruri tibbi xidmətlər göstərildikdən sonra evə buraxılıb. 1980-ci il təvəllüdlü kişi əməliyyata alınıb, vəziyyəti ağır qiymətləndirilir. 1967-ci il təvəllüdlü şəxsin müalicəsi isə davam etdirilir.
Güclü külək Zaqatala şəhərinin mərkəzində də irigövdəli şam ağacını aşırıb. Bakı sakini olan 1993-cü il təvəllüdlü Abbas Niftullayevin xəsarət aldığı bildirilir.
Vüsalə Cənnətova