Gözlənilmədən Kiyevə səfər edən ABŞ prezidenti Ukraynanın qələbəsindən danışıb
ABŞ Prezidenti Cozef Bayden gözlənilmədən Kiyevə səfər edib və Ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. ABŞ-ın Ukraynaya 500 milyon dollar məbləğində yardım paketi təqdim edəcəyini bildirən Bayden Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiya paketini də elan edəcəyini vurğulayıb. Volodimir Zelenski isə deyib ki, Cozef Baydenlə görüşün nəticələri döyüş meydanında öz əksini tapacaq və Ukrayna mütləq qalib gələcək.
Vüsalə Cənnətova