Göyçayda tövləni yandıran şəxs həmkəndlisinə küllü miqdarda maddi ziyan vurub
Göyçay rayonunun Qarabağlar kəndindəki tövlələrdən birində ot bağlamaları və 12 baş iribuynuzlu mal-qara yanaraq tələf olub. Nəticədə vətəndaşa 58 min manata yaxın maddi ziyan dəyib. Hadisəsini törətməkdə şübhəli bilinən zərərçəkənin həmkəndlisi, 1992-ci il təvəllüdlü Seymur Piriyev saxlanılıb. O, tövləni qəsdən yandırdığını bildirib. Faktla bağlı cinayət işi başlanıb və Seymur Piriyev həbs edilib.
Göyçay polisi mağazadan oğurluq etməkdə şübhəli bilinən Elçin İsgəndərov və Rövşən Zamanovu da saxlayıb. Onlar 9 min manatdan artıq tütün məmulatları və digər əşyalar oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Fərid Mehdiyev