Göyçayda silahlı narkokuryerlər saxlanılıb
Göyçayda Bərdə sakinləri - Elvin Qaraşov və Rahib Babayev saxlanılıblar. Sonuncunun üzərindən külli miqdarda nakrotik vasitələr və psixatrop maddələr, eləcə də “Baredda” markalı tapança, həmin silaha məxsus sandıqça və 4 ədəd patron aşkarlanıb. Onların narkotik vasitələri və odlu silahı “Instagram”da tanış olduqları, xarici ölkə vətəndaşından onlayn yolla aldıqları məlum olub. Belə ki, Elvin Qaraşova məxsus “Mercedes” ilə Bərdədən Göyçaya gələn tanışlar əvvəlcədən deyilən ərazidən narkotik vasitələri götürüb getmək istəyərkən polis tərəfindən yaxalanıblar.