Göyçayda davada 5 nəfər yaralanıb
Göyçayda beş nəfər - Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar-Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib. Bu zaman onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb.
Nərgiz Camalzadə