Göyçay və Şəkidə gizli şəkildə pirotexniki vasitələr satılması aşkarlanıb
Göyçayda polis 3 mağazada gizli şəkildə pirotexniki vasitələr satan şəxsləri müəyyən edib. Onlardan müxtəlif növ partlayıcı maddələr və pirotexniki vasitələr aşkar edilərək götürülüb. Şəxslər barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Şəkidə də bir neçə mağazada analoji hal müşahidə edilib.
Faktlarla bağlı lazımi tədbirlər görülüb.
Vüsalə Cənnətova