Göygöldə xəsarətlə nəticələnən yol qəzası olub
Göygöl şəhərində "VAZ-21014" markalı avtomobilin digər maşınla toqquşması nəticəsində Turanə Əliyeva, Gülər Qarayeva və Mərmər İsmayılova xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, tibbi yardımdan sonra evı buraxılıblar.
Neftçalanın Qaravəlli kəndində isə “Ford” ilə “KİA” markalı avtomobillər toqquşub. Nəticədə Cəlilabadın Göytəpə şəhər sakinləri İslam Fərhadov və Vahid Yağnəliyev hadisə yerində ölüblər. İki nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktlar araşdırılır.
Vüsalə Cənnətova