Göygöldə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Göygölün Üçtəpə kənd sakininin evindən ümumi dəyəri 1900 manat olan məişət əşyaları oğurlanıb. Şübhəli şəxs qismində Gəncə şəhər sakinləri Nadir Əliyev və Anar Məmmədov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Nadir Əliyev daha bir vətəndaşa məxsus mənzildən 1550 manat dəyərində məişət əşyaları oğurlayıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı