Göygöldə cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir
Göygöldə cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı başlayıb. Ardıcıl ikinci ildir təşkil edilən toplanış yerli Olimpiya İdman Kompleksində keçirilir. Yeniyetmələrin hazırlığında müxtəlif çəki dərəcələrində yer alan 150-dən çox cüdoçu iştirak edir. Hazırlığa 8 ölkənin cüdoçuları qatılıblar. Toplanış mayın 8-də başa çatacaq.
Fərid Mehdiyev