Gömrük Komitəsinin əməkdaşları yol qəzasına düşüblər, ölən var
Şabranda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb. Hadisə yük və minik avtomobillərinin iştirakı ilə baş verib. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir. Araşdırma aparılır.
Zülfiyyə Telmanqızı