Goranboyun Tapqaraqoyunlu kəndində mərmi tapılıb
2020-06-10 14:07
Goranboyun Tapqaraqoyunlu kəndində mərmi tapılıb. ANAMA əməkdaşları tərəfindən aşkarlanan PQ-7L raketi zərərsizləşdirilməsi üçün mərkəzi məhvetmə ərazisinə daşınıb. Raketin tapıldığı yerin ətrafında 600 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Nərgiz Camal