Goranboyun Tapqaraqoyunlu kəndində mərmi düşən 2 evə ziyan dəyib
2020-10-01 13:04
Ötən gün axşam saatlarından Ermənistan ordusu Goranboy rayonunun Tapqaraqoyunlu kəndini iriçaplı silahlardan atəşə tutmağa başlayıb. Nəticədə kənd sakinləri Bayram Binnətov və Səbinə Qarayevaya məxsus evlərə mərmi düşüb. Hər iki evə ciddi ziyan dəyib. Ev sahibləri həmin vaxt içəridə olmadığından xəsarət alan və ölən olmayıb.
Fərid Mehdiyev