Goranboyun Şəfəq kəndində qəza olub
2021-10-28 10:10
Goranboyun Şəfəq kəndində qəza olub. Hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetməni itirib və yol kənarındakı evə çırpılıb. Qəza zamanı 1992-ci il təvəllüdlü Süleymanov Laçın Adil oğlu və 1997-ci il təvəllüdlü Quliyev Bəxtiyar Cəmşid oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Nərgiz camal