Goranboyda zəlzələ olub
Yerli vaxtla saat 11:09-də Gəncə stansiyasından 41 km cənubda - Goranboyda zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələnin maqnitudası 3, dərinliyi 10 km olub. Təbiət hadisəsi hiss olunmayıb.