Goranboyda yol qəzası baş verib, iki nəfər xəsarət alıb
2020-01-22 12:03
Goranboyun Qızılhacılı kəndində hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində Mehriban Həsənova və Əli Adıgözəlov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin rayon sakinləri olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.
Vəfa Şairova