Goranboyda yas mərasiminin qarşısı alınıb
2021-03-25 14:08
Goranboy Rayon Polis Şöbəsinə Rəhimli kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin kəndə gələrək mərasimi başlamadan dayandırıblar. Mərasimi təşkil edənlər RPŞ-yə gətiriliblər. Onlara pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclisin təşkilatçısı 200 manat məbləğində cərimə edilib.
Vüsalə Camal