Goranboyda yanğın nəticəsində tüstüdən zəhərlənənmə hadisəsi baş verib
Goranboyun Yolqulular kəndində yerli sakin, 1981-ci il təvəllüdlü T.Hüseynova məxsus evin həyətində ümümi sahəsi 90 kvadratmetr olan tövlədə və dama yığılmış ot tayasında başvermiş yanğın zamanı onun qardaşı, 1986-cı il təvəllüdlü S.Hüseynov tüstüdən zəhərlənib. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Hadisə zamanı ailənin daha bir neçə üzvü həyəcan keçirdiklərinə görə özlərini pis hiss ediblər. Onlara isə ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.