Goranboyda yanacaqdoldurma məntəqəsində bıçaqlanma olub
Goranboyda bıçaqlanma hadisəsi baş verib. Hadisə Yeni Qəsəbə adlanan ərazidəki yanacaqdoldurma məntəqəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Namiq İsalı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisini törədən şəxs polis tərəfindən saxlanılıb.
Azad Mustafayev