Goranboyda yanğın olub, bir nəfər xəsarət alıb
2021-10-26 10:13
Goranboyun Şəfibəyli kəndində evdə yanğın olub. Mətbəxdə başlayan alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə nəticəsində müxtəlif yanıq xəsarətləri alan 1954-cü il təvəllüdlü Qasımova Solmaz Yunis qızı xəstəxanaya yerləşdirilib.
Vüsalə camal