Canlı
Goranboyda yaşayış evi yandı

2018-01-13 / 16:05

Goranboyda yanğın hadisəsi baş verib. Ümumi sahəsi 150 m2 olan ikimərtəbəli 7 otaqlı evin birinci mərtəbəsində yerləşən otağın tavanı 40 m2 sahədə yararsız hala düşüb. FHN əməkdaşlarının müdaxiləsilə tikilinin qalan hissəsi alovdan mühafizə olunub.

Ruhəngiz Hacızadə