Canlı
Goranboyda yaşayış evi yanıb

2018-02-08 / 16:11

Goranboy rayonu, Veyisli kəndində yanğın olub. Ümumi sahəsi 140 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 m2 sahədə, ikinci mərtəbədə 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Fərid Mehdiyev