Goranboyda vəzifəli şəxs mühasibi tərəfindən qətlə yetirilib
2021-10-08 16:05
Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 57 yaşlı Əhmədov Ziyad Ələs oğlu iş otağında qətlə yetirilib. Hadisə həmin müəssisədə mühasib vəzifəsində çalışan 29 yaşlı Mirhadi Bağırov tərəfindən bıçaqlanaraq törədilib. Hadisənin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı baş verdiyi bildirilir. Qətli törədən şəxs saxlanılıb. Faktla bağlı rayon Prokurorluğunda cinayət işi açılıb.
Nərgiz camal