Goranboyda sel 20 evə, 200 hektar əkin sahəsinə zərər vurub
Goranboyda selin yaratdığı fəsadlar aradan qaldırılır. Rayonda elektrik enerjisi verlişi və təbii qaz təminatı bərpa olunub, yolların və selötürücü kanalların bərpası isə davam etdirilir. Sel nəticəsində 20-yə yaxın fərdi yaşayış evi və həyətə su dolub, 200 hektara yaxın əkin sahəsinə, Qazanbulaq qəsəbəsi ərazisində isə Kürəkçay çayı üzərində yeni inşa edilmiş beton körpüyə ziyan dəyib.
Azad Mustafayev