Goranboyda qayınata gəlinini öldürüb

2019-07-10 12:03

Goranboyda 39 yaşlı qadın öldürülüb. Hazırəhmədli kəndində Samirə Məmmədova qayınatası tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədən 76 yaşlı Qasım İsgəndərov saxlanılıb. O, ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini deyib. Məmmədovanın bir qız uşağı var. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb.

Vəfa Şairova