Goranboyda qarda batan avtomobilə yardım edilib
2020-01-21 12:05
Goranboyda avtomobil qarda batıb. Rayonunun Buzluq kəndində, içərisində 4 nəfərin olduğu “VAZ” markalı minik avtomobilinin dağlıq ərazidə qarda bataraq qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.
Vəfa Şairova