Goranboyda qadın əri tərəfindən döyüldü

2019-11-02 16:03

Goranboyun Qızılhacılı kəndində rayon sakini, 33 yaşlı qadın baş, boyun və üz nahiyəsindən xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Qadın hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyini bildirib. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Camal