Goranboyda narkokuryer saxlanılıb
Goranboyda polis Mingəçevir sakini Əli Əliyevi saxlayıb. Əlindəki sellofan torbada 2 kq-a yaxın tiryək və heroin aşkarlanıb. Əli Əliyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib. Şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova