Goranboyda mağazalardan oğurluq edilib, saxlanılanlar var
Goranboyda mağazaların birindən 80 manat pul, 366 manat dəyərində danışıq kartları və alışqanlar oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən Yevlax sakinləri - R.Bəkirov və M.Bukavadze saxlanılıblar. Bəkirovun digər mağazadan da pul və 923 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinir.