Goranboyda kompleks baytar sahə məntəqəsi tikilir
2020-02-06 18:07
Respublikada mal-qaranın baş sayının artırılması və bu sahədə məhsuldarlığa nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi müasir tələbələrə cavab verən kompleks baytar sahə məntəqələrinin inşasını davam etdirir. Yeni məntəqələr ilkin olaraq 12 rayonda fəaliyyət göstərməlidir. Kompleks baytar sahə məntəqəsi mövsümə uyğun olaraq heyvanların müasir avadanlıqlarla qırxımı və xüsusi dərmanlarla vanna qəbulu üçün nəzərdə tutulub. Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev Goranboy rayonunun Qaradağlı kəndi ərazisində inşa olunan məntəqədə işin gedişi ilə tanış olub.
Fərid Mehdiyev