Goranboyda kişi arvadını əvvəlcə maşınla vurdu, sonra bıçaqladı
2021-03-24 18:08
Dəliməmmədli şəhərində qanlı olay qeydə alınıb. Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Mehman Süleymanov idarə etdiyi "Range Rover" markalı avtomobillə həyat yoldaşı, 1985-ci il təvəllüdlü Əfsanə Məmmədovanı vurub, daha sonra qadını bıçaqlayıb. Yaralı ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Fərid Mehdiyev