Goranboyda karantin qaydalarını pozan kafe aşkarlanıb
2020-08-13 14:04
Goranboyda karantin rejiminin qaydaları pozulub. Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı Şəfəq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyekt sahibi və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimə tətbiq olunub.
Vəfa Şairova