Goranboyda iki nəfərin qətli ilə bağlı cinayət işi açılıb
2021-02-07 10:09
Goranboyda iki nəfərin qətli ilə bağlı cinayət işi açılıb. Bu barədə rayon prokurorluğundan bildirilib. Ötən gün saat 17 radələrində rayonun Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri - 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi ilə əlaqədar aralarında yaranan münaqişə zamanı bıçaqlanaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İstintaq tədbirləri davam edir.
Nərgiz camal