Goranboyda gizli fəaliyyət göstərən kafe aşkarlanıb
2020-12-17 12:06
Goranboy rayonunda gizli fəaliyyət göstərən kafe aşkarlanıb. Rayon polis şöbəsi əməkdaşlarının xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində apardıqları tədbirlər çərçivəsində Qızılhacılı qəsəbəsi ərazisində “Yurd Yeri” adlı kafenin müştəri qəbul etdiyi məlum olub. Obyektdə olan 12 qəsəbə sakini saxlanılaraq polis şöbəsinə gətirilib. Həmin şəxslər inzibati qaydada cərimə olunublar.
Vüsalə Camal