Goranboyda gənc qız dəm qazından zəhərlənib
2021-03-08 10:04
Xaçmazda 26 yaşlı Səbuhi Kərimov dəm qazından boğularaq dünyasını dəyişib. Onun həmyaşıdı isə zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra o, evə buraxılıb. Goranboyun Qazanbulaq kənd sakini 19 yaşlı Adıgözəlova Səbinə Məşdi qızı da yaşadığı evdə dəm qazından zəhərlənib. Xəstəxanaya çatdırılan qıza zəruri tibbi yardım göstərilib.
Fərid Mehdiyev