Goranboyda göldə 53 yaşlı qadının meyiti tapılıb
Goranboyun Səfikürd kəndində 1973-cü il təvəllüdlü S.Nəbiyevanın meyiti Səfikürd gölündə aşkarlanıb.Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Qadın Goranboy rayon mərkəzi xəstəxanasının həkimi olub.Hadisənin baş vermə səbəbləri araşdırılır.
01 iyul 2026

