Goranboyda evdə partlayış olub, xəsarət alanlar var

2019-12-02 10:00

Goranboyun Kəpənəkçi kəndində fərdi yaşayış evində partlayış baş verib. Hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan Ucar sakinləri – 11 yaşlı Tahir Əhmədov, 9 yaşlı Məftun Əhmədov və 3 yaşlı Cahid Əhmədov rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Fərid Mehdiyev