Goranboyda baş verən qəzada 1 nəfər xəsarət alıb
2021-04-28 14:10
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Meşəli kəndində hərəkətdə olan 3 yük maşını ilə bir minik maşını toqquşub. Qəza zamanı yük maşınların birinin sürücüsü, 1999-cu il təvəllüdlü Vurğun Nərimanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
Nərgiz camal