Goranboyda avtomobillər toqquşdu, yeddi nəfər xəstəxanalıq oldu
Goranboyun Xanqərvənd kəndində ölümlə nəticələn ağır yol qəzası baş verib. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə 39 yaşlı sürücü hadisə yerində dünyasını dəyişib.
Rayonun Rəhimli kəndində isə "Ford" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 3-ü azyaşlı uşaq olmaqla 7 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Zülfiyyə Telmanqızı